Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb
Bakıda Türkiyə Müdafiə Sənayesi Komitəsinin müşavirliyi yaradılacaq. AYNA türkiyə mediasına istinadən bildirir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.
Qərara əsasən, Müdafiə sənayesi müşavirliyi Türkiyənin Bakıdakı səfirliyinin nəzdində fəaliyyət göstərəcək. Müşavirliyin səlahiyyət dairəsinə Qazaxıstan, Türkmənistan və Özbəkistan da daxil olacaq.
Müdafiə sənayesi müşavirliyi Azərbaycanla yanaşı, daha bir neçə ölkədə də açılacaq.