Bakıda tikilməkdə olan bina çökdü: 4 nəfər yaralanıb

Hadisə

24.02.2022 - 16:11

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılara tibbi yardım göstərildikdən sonra sonuncular evə buraxılıblar

Bakının Nərimanov rayonunun Keşlə qəsəbəsində söküntü işlərinin aparılması zamanı həmin işlərə cəlb edilmiş dörd şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Hər birinə ambulator tibbi yardım göstərildikdən sonra sonuncular evə buraxılıblar.

AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
 
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən araşdırma aparılır. Hadisə yerinə baxış keçirilib və qeyd edilən şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilib. 

İctimaiyyətə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş