Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb

Xəbərlər

07.08.2023 - 17:51

cedabet dərman SEO Xidməti

Keçmiş məhkum barədə materiallar polis idarəsinə göndərilib

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, nəticədə Bakı şəhər sakini əvvəllər Cinayət Məcəlləsinin 228-ci və 234-cü maddələri ilə məhkum olunmuş 1981-ci il təvəllüdlü Balakişiyev Adil Əşrəf oğlundan 1 “Makarov” markalı tapança, 1 patron darağı və 4 patron aşkarlanaraq götürülüb. A.Balakişiyev silah-sursatı bir müddət əvvəl əldə etdiyini və 3 min manata satmaq istədiyini bildirib.

Saxlanılan şəxs barəsində 13-cü polis şöbəsində toplanan materiallar rayon polis idarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş