Bakıda sürücünü ölümcül döyən şəxslərlə bağlı qərar verilib

Xəbərlər

11.03.2025 - 14:15

Həkimlər Klinikalar SEO Xidməti

Binəqədi Rayon Məhkəməsində istintaq orqanının təqdimatı təmin edilib

Bakının Binəqədi rayonu ərazisində sürücüyə qarşı zorakılıq etməkdə təqsirli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidlinin barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

AYNA.AZ xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində istintaq orqanının təqdimatı təmin edilib.

Məhkəmənin qərarı ilə Natiq Mustafakamalov, Vahid Cavadov və Nazim Rəhmanovun barəsində üç ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hadisədə iştirak edən Azər Zahidlə bağlı verilən təqdimat təmin olunmayıb və o, sərbəst buraxılıb.

"Chevrolet" markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş