Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb
Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir. AYNA Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirir ki, hazırda yollardakı vəziyyət belədir:
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- "20 Yanvar" dairəsində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
- Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
- Zərifə Əliyeva küçəsində;
- Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Badamdar şosesi, mərkəz istiqamətində;
- Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiya Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
- Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
- Həsən bəy Zərdabi küçəsi, Qələbə dairəsi istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
- 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.