Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilir

Xəbərlər

26.06.2025 - 10:09

cedabet dərman SEO Xidməti

Gəncə, Xankəndi və Laçın şəhərlərinin mərkəzi küçə və prospektlərində də yürüşlər keçiriləcək

Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilir. AYNA.AZ xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir.

Hərbi qulluqçular bu gün Bakı şəhərində saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi;

Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

“Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;

Qeyd edək ki, Gəncə, Xankəndi və Laçın şəhərlərinin mərkəzi küçə və prospektlərində də yürüşlər keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş