Bakıda qatar tüstülənmə olub

Xəbərlər

26.02.2024 - 16:31

ADY: “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma olub

Bu gün saat 13:45 radələrində Bakı sərnişin stansiyasında “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib. Nəticədə qatarın damında tüstülənmə müşahidə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən AYNA-ya istinadən verilən məlumata görə, qatar heyəti tərəfindən yanğından mühafizə vasitələri ilə hadisənin qarşısı operativ olaraq alınıb.

Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Müəllif: Ayna.az

Satranç ustadı

Dünən, 10:00 Aktual