Paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 9,9 faiz artıb
Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1172,4 manat təşkil edib. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsinin məlumatında qeyd edilib.
Bildirilib ki, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artıb.