Bakıda ödəmə terminalı oğurlanıb

Hadisə

28.02.2023 - 13:37

Oğurluq əməlində şübhəli bilinən iki nəfər saxlanılıb

Bakının Suraxanı rayonunda ödəmə terminalı oğurlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinin qarşısından içərisində 5 min 926 manat pul olan ödəmə terminalının oğurlanması barədə məlumat daxil olub.

Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Sanel Nəsirov və Sərxan Şıxıyev polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Araşdırma aparılır.

Müəllif: Ayna.az