Bakıda narkotik satan qadın və kişi saxlanılıb

Xəbərlər

08.05.2023 - 17:59

cedabet dərman SEO Xidməti

Suraxanı dəmiryolu stansiyasında narkotik vasitələr satan şəxslər tutulub

Suraxanı dəmiryolu stansiyasında narkotik vasitələr satan şəxslər saxlanılıblar. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Suraxanı dəmir yolu stansiyasında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Aynur Zeynallı saxlanılıb.

Onun üzərindən və yaşadığı evdən ümümilikdə 21 büküm satış məqsədilə qablaşdırılan külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib.

A.Zeynallı narkotikləri tanışı Zaur adlı şəxsdən aldığını bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs, paytaxt sakini Zaur Qurbanov da saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində narkotiklərin satışı ilə məşğul olduğunu və A.Zeynallıya da narkotikləri pul müqabilində verdiyini etiraf edib.

Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsinin İstintaq və Təhqiqat Qrupunda araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş