Bakıda Mirəli Qaşqay küçəsində hərbi sursat aşkarlanıb

Xəbərlər

15.07.2022 - 11:05

Həkimlər Klinikalar SEO Xidməti

Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində hərbi sursatın aşkarlanması barədə məlumat daxil olub.

FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatın iki ədəd elektrik detonatoru və bir ədəd UZRQM partladıcısı olduğu müəyyənləşdirilib.

Sursat Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş