Bakıda karantin postları fəaliyyətə başlayıb

Xəbərlər

14.12.2020 - 10:12

Həkimlər Klinikalar SEO Xidməti

Vətəndaşların evdən çıxmaqla bağlı sms icazəsinin olub-olmaması yoxlanılır

 

Bakı şəhərində karantin postları fəaliyyətə başlayıb. AYNA-nın Trend-ə istinadən məlumatına görə, şəhərin giriş-çıxışları ilə yanaşı daxildəki avtomobil yollarında da postlar qurulub.

 

Karantin postlarına Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər. Səhər saatlarından etibarən polislər və Daxili Qoşunların hərbi qulluqçuları vətəndaşların evdən çıxmaqla bağlı sms icazəsinin olub-olmamasını yoxlayır, yaşayış yerini tərk etmək icazəsi olmayan şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür.

 

Karantin postları ilə yanaşı şəhərin müxtəlif ərazilərində Daxili İşlər Nazirliyi əməkdaşlarından ibarət mobil postlar da fəaliyyət göstərir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş