Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub
10 dekabr 2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə yanğınla bağlı çağırış daxil olub. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında qeydə alınıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.