Bakıda gəmi hərraca çıxarılır

Xəbərlər

29.05.2023 - 17:55

Bir neçə dövlət qurumunun balansında olan bəzi nəqliyyat vasitələri hərrac yolu ilə satışa çıxarılır

Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan bəzi nəqliyyat vasitələri hərrac yolu ilə satışa çıxarılır. AYNA xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil ediləcək hərrac mayın 30-da baş tutacaq.

25 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Nəqliyyat vasitələrindən ən ucuzu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Aqreqat İstehsalat Birliyi” MMC balansında olan QAZ-31029 minik avtomobilidir. O 500 manata satışa çıxarılacaq.

Hərraca çıxarılan nəqliyyat vasitələri arasında diqqəti çəkən əsas məqam “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC balansında olan “Elxan Kazımov” gəmisidir.

Müəllif: Ayna.az