Bakıda evdə yanğın olub

Hadisə

20.02.2022 - 20:32

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Sabunçu rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş