Hadisə Sabunçu rayonunda baş verib
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.