Faktla bağlı araşdırma aparılır
Bu gün paytaxt ərazisində dəhşətli yol nəqliyyat hadisəsi baş verib. AYNA Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
Rəsmi məlumata görə, “VAZ 2107” markalı nəqliyyat vasitəsi iki “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşaraq aşıb.
Toqquşma nəticəsində “VAZ 2107” markalı avtomobildə baş vermiş yanğın zamanı sürücü və sərnişin hadisə yerində həlak olub.
Hazırda faktla bağlı araşdırma aparılır.