Bakıda bu yolayrıcında hərəkətin idarə edilməsində dəyişiklik edilib

Xəbərlər

18.10.2023 - 12:54

cedabet dərman SEO Xidməti

Səməd Vurğun küçəsində nəqliyyatın intensivliyi artıb və sıxlıq aradan qalxıb

Sıxlığın aradan qaldırılması məqsədilə daha bir yolayrıcında hərəkətin idarə edilməsində dəyişiklik olunub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən Nəsimi rayonu, Səməd Vurğun və Şamil Əzizbəyov küçələrinin kəsişməsində aparılan növbəti monitorinq zamanı Səməd Vurğun küçəsindən sola dönən zaman yolda sıxlığın yaranması müşahidə edilib. Problemi aradan qaldırmaq və nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək üçün yorayrıcındakı işıqforun iş rejiminə dəyişiklik edilərək Məhəmməd Füzuli küçəsi istiqamətində yaşıl işığın müddəti artırılıb. Nəticədə Səməd Vurğun küçəsində nəqliyyatın intensivliyi artıb və sıxlıq aradan qalxıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş