Bakıda binanın zirzəmisində yanğın olub

Hadisə

03.07.2023 - 01:11

10 nəfər təxliyə edilib

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 8 m² sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 10 nəfər (5-i azyaşlı olmaqla) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş