Bakıda bıçaqlanma

Xəbərlər

10.11.2023 - 17:11

cedabet dərman SEO Xidməti

Bir nəfər saxlanılıb

Bakıda bıçaqlanma hadisəsi olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, noyabrın 9-da saat 17 radələrində Xətai rayonu ərazisində bir nəfərin kəsilmiş-deşilmiş xəsarət alması barədə polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Ruslan Əsədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş