Bakıda betonqarışdıran maşın minik avtomobilinin üzərinə aşıb

Hadisə

16.03.2022 - 16:10

Həkimlər Klinikalar SEO Xidməti

Təcili tibbi yardım briqadası xəsarət alan 3 nəfəri Şəhər Kliniki Xəstəxanasına çatdırıb

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb.

Bildirilib ki, Suraxanı rayonu, Aeroport yolunda betonqarışdıran maşın “Opel” markalı avtomobilin üzərinə aşıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumatı Oxu.az-a təsdiqləyib: “Hazırda DYP əməkdaşları tərəfindən yolda hərəkət tənzimlənir. Hadisə nəticəsində xəsarət alanlar var”.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildirilib ki, saat 13:06-da hadisə barədə təcili tibbi yardıma müraciət daxil olub: “Daxil olan müraciət əsasında hadisə yerinə göndərilən təcili tibbi yardım briqadası xəsarət alan 3 nəfəri paytaxtın 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş