Bakıda bataqlıqda ilişib qalan şəxs xilas edilib – FOTO

Xəbərlər

11.07.2022 - 15:18

Həkimlər Klinikalar SEO Xidməti

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Hüseynov Elçin Cəmaləddin oğlu qurumaqda olan göldəki bataqlıqda ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı bataqlıqdan çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Bakıda bataqlıqda ilişib qalan şəxs xilas edilib – Bakıda bataqlıqda ilişib qalan şəxs xilas edilib –
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş