Polis əməkdaşları əməliyyat tədbirləri keçirib
Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə martın 8-də rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən Bakı şəhər sakini G.Novruzovaya məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş R.İbrahimovun həmin gün saat 23 radələrində Zabrat yolunda yol-nəqliyyat hadisəsi törətməsi müəyyənləşdirilib.
R.İbrahimov polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.