Bakıda ana və azyaşlı oğlunu avtomobil vurub

Xəbərlər

06.08.2022 - 03:24

Hər ikisi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı 5 yaşlı uşaq və anası ağır xəsarət alıb. AYNA APA-ya xəbər verir ki, hadisə Cənubdərə adlanan ərazidə qeydə alınıb.

 

Belə ki, 1986-ci il təvəllüdlü Babayeva Gülnarə Məhəmməd qızını və övladı - 2017-ci il təvəllüdlü Babayev Seyfulla Teyfulla oğlunu minik avtomobili vurub.

Onlar yolu keçməək istəyərkən qəzaya düşüblər.

Hər ikisi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Uşağın vəziyyəti daha ağır qiymətləndirilir.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə