Bakıda 7 marşrut xəttinin istiqaməti dəyişdirilir

Xəbərlər

15.06.2021 - 11:37

Məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir

 

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilir. AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

 

Bildirilib ki, məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir. 

 

Mövsümi xarakterli dəyişikliyə əsasən, aşağıdakı marşurut xətlərinin hərəkət istiqaməti sabahdan dəyişdiriləcək:

 

101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək;

 

107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək;

 

146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək;

 

179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək;

 

180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək;

 

182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək;

 

189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.

Müəllif: Ayna.az