Bakıda 62 yaşlı qadını avtomobil vurub

Xəbərlər

02.07.2022 - 23:48

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1960-cı il təvəllüdlü Ağaməmmədova Xanım Ələddin qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az