Bakıda 32 yaşlı kişini avtomobil vurub

Hadisə

15.05.2022 - 11:46

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Məmmədov Rəhim Nizami oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az