Bakıda 15 yaşlı yeniyetmə dənizdə batıb

Xəbərlər

10.07.2022 - 15:48

Həkimlər Klinikalar SEO Xidməti

FHN-nin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub

Bakıda 15 yaşlı yeniyetmə dənizdə batıb. Bu barədə AYNA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

"112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) 2007-ci il təvəllüdlü Şahbazlı Əmirxan Şahbaz oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş