“Sərnişin daşımaların bərpa olunacağı tarix daha sonra açıqlanacaq”
Gürcüstan ilə Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Dəmir Yollarından bildirilib.
Qeyd olunub ki, Bakı ilə Tbilisi arasında sərnişin qatarının bərpası üzrə işlər davam edir: “Amma sərnişin daşımaların bərpa olunacağı tarix daha sonra açıqlanacaq”.
Qeyd edək ki, daha əvvəl reyslərin 1 may tarixində bərpa ediləcəyi açıqlanmışdı.