Bakı-Sumqayıt qatarlarında “Apple pay” və “Google pay”lə ödəniş yenidən aktivləşdirilib

Xəbərlər

27.07.2023 - 16:44

cedabet dərman SEO Xidməti

sərnişin həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir

“Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmiryolu xəttində (Bakı-Sumqayıt sürətli elektrik qatarları) “Visa” bank kartlarına bağlı olan “Apple pay”, “Google pay” və digər elektron ödəniş üsullarını yenidən aktivləşdirib. AYNa xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Məlumata görə, sərnişin həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir.

Yəni əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş