Bakı sakinlərindən küçəyə çıxmamaq xahiş olunur

Xəbərlər

27.11.2020 - 12:59

Həkimlər Klinikalar SEO Xidməti

Paytaxtda gücləndirilmiş dezinfeksiya aparılacaq

 

Ölkəmizdə koronavirusa (COVID-19) yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq, noyabrın 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə AYNA-ya Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

 

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş