Bakı sakini Zaqatalada sirkə turşusundan zəhərlənib

Xəbərlər

11.10.2023 - 20:49

cedabet dərman SEO Xidməti

Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir

Bakı sakini Zaqatalada zəhərlənib. AYNA-nın APA-ya istinadən məlumatına görə, 1983-cü il təvəllüdlü Bakı şəhəri Suraxanı rayonu sakini Fatimə Sadra qızı Əliyeva zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı 40 yaşlı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub. F.Əliyevaya lazımı tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikoloji Mərkəzinə göndərilməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş