Əməliyyat nəticəsində 16 nəfər saxlanılıb
Bakı metrosunda dilənçilərə qarşı əməliyyat keçirilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dilənçiliklə məşğul olan 16 nəfər, o cümlədən üç kişi, yeddi qadın və altı azyaşlı saxlanılıb və barələrində müvafiq tədbir görülüb.