Görmə məsafəsi məhdudlaşacaq
Bakıda və Abşeron yarımadasında fevralın 12-si axşamdan 15-dək fasilələrlə duman olacağı gözlənilir. AYNA bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.