Bakı-Ağstafa qatarının hərəkət qrafiki dəyişdirilir

Xəbərlər

14.06.2023 - 13:22

cedabet dərman SEO Xidməti

“Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb

İyulun 3-dən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı yeni qrafiklə hərəkət edəcək. AYNA xəbər verir ki, bu barədə QSC-dən bildirilib.

Qeyd olunub ki, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar, saat 13:42-də Ağstafa Dəmiryol Vağzalına, saat 18:15-də Ağstafa Dəmiryol Vağzalından yola düşən qatar, saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Qeyd edək ki, hazırda Bakıdan Ağstafaya elektrik qatarı hər gün 08:45-də Bakı Dəmiryol Vağzalından yola düşür və 13:40-da çatır.

Əks istiqamətdə isə 17:10-da Ağstafa Dəmiryol Vağzalından hərəkətə başlayan qatar 22:05-də Bakıya çatır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş