Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Xəbərlər

10.06.2023 - 16:49

Azərbaycan Dəmir Yolları məlumat yayıb

Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 10-11 iyun tarixlərinə əlavə qatar reysləri təyin edilib.

AYNA xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları"ndan bildirilib.

Məlumata görə, 10 iyun tarixində saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar -saat 13:20-də Ağstafa Dəmiryol Vağzalına çatacaq.

11 iyun tarixində saat 16:00-da Ağstafa Dəmiryol Vağzalından yola düşən qatar saat 20:55-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə