Hələ ki, terror aktını heç bir qruplaşma üzərinə götürməyib
Bu gün səhər saatlarında Bağdad şəhərinin mərkəzində partlayış törədilib. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə nəticəsində azı 12 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
Partlayışın terrorçu-kamikadze tərəfindən həyata keçirildiyi qeyd olunur.
“Al-Sumaria” telekanalı isə məlumat yayıb ki, partlayışda 8 nəfər ölüb, 15 nəfər yaralanıb. Lakin əksər mənbələr ölənlərin və yaralananların sayının 10-dan yuxarı olduğunu bildirir.
Hələ ki, terror aktını heç bir qruplaşma üzərinə götürməyib.