Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna başlanılıb

Xəbərlər

31.07.2023 - 11:46

cedabet dərman SEO Xidməti

İşə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib

Bu gün saat 11:00-da məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib.

Elm və Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər 7 avqust saat 11:00-dək linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş