Bağça müdirliyinə qəbul imtahanlarının nəticələri açıqlanıb

Xəbərlər

19.09.2023 - 18:19

30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılır

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. AYNA xəbər verirm ki, bu barədə Təhsil İnstitutundan bildirilib.

Qeyd olunub ki, test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılır.

Müəllif: Ayna.az