Azyaşlıları pirlərə aparan qadın məsuliyyətə cəlb olunub

Xəbərlər

10.08.2022 - 12:58

Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) bir qrup şəxsin azyaşlı övladları ilə birgə ziyarətgahlara və pirlərə aparılması və orada dini ayinlərin icrasının təşkil edilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

AYNA-nın məlumatına görə, DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib ki, valideynlərin azyaşlı övladları ilə birgə Şamaxı rayonu ərazisində olan ziyarətgahlara gedişini və orada dini ayinlərin icra olunmasını təşkil edən 1970-ci il təvəllüdlü Ş.Səbriyeva polis əməkdaşları tərəfindən müəyyən edilib, onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Səbriyeva inzibati məsuliyyətə cəlb edilib.

Müəllif: Ayna.az