Azərbaycansayağı “mexaniki səvhlər” – <font color=red> Buna da şükür</font>

Maraqlı

24.02.2021 - 21:20

Bütün bunlar o zaman baş verir ki, NASA-nın ay maşını Qırmızı planetdən 360° panoram yaratmaq üçün kifayət qədər yüksək keyfiyyətli şəkillər göndərir

 

Möcüzə ətrafımızdadır. “Azəriqaz”ın “qaynar xətt”inə qazın olmaması ilə bağlı Bakının Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi ünvanından müraciət daxil olub. Yerli mətbuatın verdiyi xəbərə görə, İstehsalat Birliyinin işçiləri dərhal zəng yerinə çatıblar, burada 60-dan çox abonentin doqquzmərtəbəli binanın üç girişində qazının kəsildiyi aşkar edilib.

 

Yoxlama zamanı qaz kəmərlərinin su ilə dolduğu məlum olub. Həyata keçirilmiş təmir işləri nəticəsində borular təmizlənib və qaz təchizatı bərpa edilib. Amma “Azəriqaz” İB belə bir hadisənin səbəbini göstərməyib. Eyni zamanda, sosial şəbəkələrdə vətəndaşlar qaz boru kəmərlərini su ilə doldurma səbəbinin ev sakinlərindən birinin səhvən su borusunu qaz borusuna bağlaması və bunun nəticəsində evlərdəki qaz sobalarından su axmasına səbəb olduğunu göstərirlər.

 

Bu, doğrudursa, ev sakinlərinin bəxtlərinin gətirdiyini deyə bilərik. Axı, yerli “Kulibin” qaz borusuna su borusu yox, kanalizasiya borusu bağlaya bilərdi. O zaman qaz kəməri ilə nə doldurulacaqdı, bütün bunların hansı bir “təravət” yayacağını təsəvvür etmək arzuolunmaz olsa da, çətin deyil. Bundan əlavə, təvazökar və naməlum bir “qəhrəman” su borusunu bir elektrik enerjisi şiti ilə birləşdirə bilərdi. Necə deyərlər, keyf ediriksə, tam keyf edirik...

 

Azərbaycanda ilk dəfə deyil ki, hər baxımdan belə bir bənzərsiz hadisə baş verir. Xatırlayıram, 2016-cı ildə Angiologiya və Mikrocərrahiyyə Mərkəzində, 87 yaşlı bir qadının sol yerinə sağ ayağı kəsilmişdi. Əməliyyatı həyata keçirən həkim hadisənin “mexaniki səhv” səbəbindən baş verdiyini söyləmişdi. “Yaşlı bir qadının həyatını xilas etmək üçün təcili əməliyyat tələb edildi. Lakin mexaniki bir səhv üzündən sağ ayaq amputasiya edildi”, - deyə əməliyyatı həyata keçirən cərrah Valeh Kərimov izah etmişdi.

 

Həkim digər klinikaların qadına kömək etməkdən imtina etdiyini söyləyirdi: “Biz onun üzərində əməliyyat keçirməyə razılaşdıq, lakin nəticədə belə bir hadisə baş verdi. Ancaq xəstənin hər iki ayağı onsuz da amputasiya edilməliydi”.

 

Qısa şərhində, atdığı addıma həkim qəhrəmanlıq olmasa da, cəsurluq görkəmi verməyə çalışdı. Az qaldı desin ki, başqa klinikaların rədd etdiyi bir əməliyyat etdiklərinə görə ona təşəkkür etmək lazımdır.

 

Əlavə edim ki, qaz kəmərləri su ilə doldurulmuş ev sakinləri kimi, ayağı səhvən kəsilən qadının da bəxti gətirdi. Axı, sağlam ayağını yox, qolunu kəsə bilərdilər. Və onun yerinə bir ayaq tikə bilərdilər. Tamamilə “mexaniki” olaraq...

 

Biz belə yaşayırıq - AZTV-dən olan diktorun hərəkətini, sosial şəbəkələrdə vəfat etmiş anasının cəsədi ilə bir foto yaydığını və cərrahların “mexaniki” səhvlərinin konveyer xarakterini almadığına sevindiyini müzakirə edə-edə. Həm də Yanvar Nəsirov küçəsindəki evin sakinlərini “qaz kəmərini su ilə deyil, başqa bir şeylə birləşdirməyin” mümkünlüyünü söyləyərək, sakitləşdirə-sakitləşdirə.

 

Və bütün bunlar Azərbaycanda o zaman baş verir ki, NASA-nın ay maşını arıq Qırmızı planetdən 360° panoram yaratmaq üçün kifayət qədər yüksək keyfiyyətli şəkillər göndərir. Əcnəbi göydə balonlarda gəzir, biz hələ...

Müəllif: Əkbər Həsənov