Azərbaycanla Türkiyə arasında təhlükəsizlik, hərbi əməkdaşlıq müzakirə olunub

Xəbərlər

06.09.2022 - 15:24

Həkimlər Klinikalar SEO Xidməti

Birgə hərbi təlimlərdə texnoloji innovasiyalardan istifadə edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb

Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ilə görüşüb.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında regional təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.

Tərəflər birgə hərbi təlimlərdə texnoloji innovasiyalardan istifadə edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş