Fəxri Konsulluğun əməkdaşları xəsarət almayıb
Azərbaycan Respublikasının fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binası ciddi dağıntılara məruz qalıb. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.
AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Fəxri Konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər.