Azərbaycanın təşəbbüsü ilə BMT baş katibinə müraciət olunacaq

Xəbərlər

18.03.2022 - 15:22

cedabet dərman SEO Xidməti

Müraciətdə pandemiyadan sonra qlobal bərpa ilə bağlı panelin keçirilməsi öz əksini tapacaq

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi, qarşıdakı aylarda təşkilatın pandemiya ilə mübarizə qrupunun iclasını çağırmağı planlaşdırır.

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantıda deyib.

Nazirin sözlərinə görə, həmin iclasda Qoşulmama Hərəkatına üzv ölkələrin liderlərinin BMT Baş katibinə müraciət edəcəkləri gözlənilir.

XİN başçısı qeyd edib ki, Baş katibə müraciətdə BMT-də pandemiyadan sonra qlobal bərpa ilə bağlı panelin keçirilməsi məsələsi öz əksini tapacaq.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş