Azərbaycanın müdafiə nazirinin müavini Moskvaya səfər edib

Xəbərlər

23.08.2021 - 14:09

Həkimlər Klinikalar SEO Xidməti

Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının açılış mərasimində iştirak edəcək

 

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd edək ki, Azərbaycan hərbiçiləri “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş