Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq

Xəbərlər

28.03.2024 - 21:12

Azərbaycanda taksilərlə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminallar quraşdırılacaq.

AYNA xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Qərara əsasən, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.

Müəllif: Ayna.az