Azərbaycanda Ramazan ayı başlayıb

Cəmiyyət

11.03.2024 - 00:07

Martın 11-i Ramazan ayının ilk günüdür

Bu gün Azərbaycanda Ramazan ayı başlayıb. AYNA-nın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə fətvasında bildirilib ki, martın 11-i Ramazan ayının ilk günüdür.

Qeyd edək ki, Qədr (Əhya) gecələri 28, 30 mart, 1 və 5 aprelə təsadüf edəcək. Ramazan bayramı isə aprelin 10-11-də olacaq.

Müəllif: Ayna.az