Son sutkada koronavirus əleyhinə 63 min 547 vaksin vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63547 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44587, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18960 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5671138, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3332017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2339121 təşkil edir.