Azərbaycanda nəzarət-kassa aparatları ilə dövriyyənin həcmi açıqlanıb

İqtisadiyyat

07.05.2022 - 19:05

Yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 6 mlrd. manatdan çox olub

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 6 mlrd. manatdan çox olub ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 41,9% üstələyir. Dövlət Vergi Xidmətindən AYNA-ya verilən məlumata görə, bu günədək ölkə ərazisində 58 095 ədəd NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Müəllif: Ayna.az