COVID-19-a qarşı əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4558 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, son sutkada birinci doza üzrə vaksinasiya olunanların sayı 466, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 525, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3188, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 379 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 674 449, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 342 437, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 842 755, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 247 205, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 242 052 nəfər təşkil edir.